Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qalib ölkənin qalib idmançılarının gələcək uğurları Qarabağda keçiriləcək yarışlarda da olacaq

0

  •          Azərbaycan güləşçiləri Bolqarıstanda tarixi uğura imza atdılar. Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirildi. İdmançılarımız dünya komandaları arasında birincilik kürsüsünə layiq görüldülər. Qalib ölkənin qalib komandası ilə Prezident İlham Əliyev görüş keçirərək onları təbrik etdi. Ali Baş Komandan bildirdi ki, bundan sonra Qarabağda işğaldan azad edilmiş torpaqlarımızda yeni müasir idman kompleksləri inşa ediləcək. İdmanımızın gələcək uğurları Qarabağda inşa olunmuş idman arenalarında qalib ölkənin qalib idmançılarının qələbə xəbərini dünyaya yayılacaq. Gənclərin dostu Ali Baş Komandanın ətrafında sıx birləşərək hər zaman ölkəmizə dəstək olmalıyıq.Çünki hər gün Vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük  təkcə ərazidə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü biruzə verir. Əlbəttə ki, bizim idmançılarımız hər zaman həm ölkə daxilində, həm də ölkə xaricində üç rəngli bayrağımızı idman arenalarında ucaldıblar. Amma bugünkü gün qalib xalq olaraq istər idmanda, istərsə də başqa sahələrdə çox qürurla, fəxarətlə başımızı dik tutaraq gəzə bilirik. Bu qüruru bizlərə yaşadan Cənab Prezidentin dəmir yumruğu və onun ətrafında sıx birləşən xalqımız yaşatdı.Xaliq Cəfərov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib35 dəfə
    Qalib ölkənin qalib idmançılarının gələcək uğurları Qarabağda keçiriləcək yarışlarda da olacaq

    Maraqlı gələ bilər
    16
    34
    28